Qoy Həyat Sizin Olsun

Gözlərimi açıram
Hər gün səhər durarkən.
O zülmət qaranlıqdan
Bu ağır həyata mən.

Ən sonda ayılıram,
Çətinliklər başlayır.
Gəlir bəri durmadan,
İnsanı yaşlandırır.

Dedim yenə başladım,
Bu ağır həyata mən.
Hər axşam tək ağladım
Bu otaqda dərdimdən

O ağır düşüncələr
Əzir köməksiz məni.
Qəlbim də bərk döyünür
Düşündükcə mən səni...

İnsan deyir özünə
Durmazdımmı mən görən?!
Nə də olsa rahatdım,
Bu şirin yuxumda mən.

Qəlbim deyir, durma yat!
Sevir yuxular səni.
Çox çətindir yaşamaq
Yorar bu həyat səni.

Düşündükcə dağılır
Parça-parça bu qəlbim.
Deyirdim ki, daşdandır
Dağılmaz qəlbim mənim.

İnsan bu, yanılarmış,
Dağılarmış hər ürək.
Cavanmış, ya qocaymış
Yoxmuş fərqi sən demə.

Mən gedirəm yatmağa,
Sevinciniz bol olsun.
Mənim yerim yuxudur,
Qoy həyat sizin olsun.

Ardınca gənc oğlan yuxuya dalır və bir daha oyanmır. Bu qəddar həyatı bizə əmanət edir. Nə də olsa onun qəlbi deyirdi ki, yat, yuxular səni sevir. O da öz qəlbini dinlədi.
Bizə də qəlbimizi dinləmək düşər, qəlbiniz nə deyir onu edin, gözləməyin, həyat çox qısadır.

Anar Alızade

Yorum Gönderme

1 Yorumlar