Vicdan Məsələsi | Fels Efe ve Abiler #1

Mövzu: "Həccə getməyin, o pul ərəblərin ciblərinə gedir" deyənləri başa düşə bilmirəm. Nə yeyib, nə içirlər görəsən?! Deyirlər ki, ondandırsa, o pulla kasıblara yardım edin. Və bunu deyənlər çox "yardımsevər" insanlardır. Bu adamlara deyəndə ki, Həcc imkanı olan müsəlmana vacibdir, deyirlər ki indi zəmanə dəyişib. Və soruşursan ki, Kainatı yaradan Allah, zəmanənin dəyişəcəyini bilmirdimi? Halbuki, Qur'anda dəfələrlə, Həccin vacib olduğu vurğulanır. Onda bu cahil təbəqə başlayır ağzına gələni danışmağa. Adam da qalır məəttəl.


1451: Həccə getməyə niyə o qədər pul lazımdır ki?! Başqa bir ölkəyə səyahət olunsa o qədər sərf olunmur normalda.

1451: İkincisi də ki, Quranda bəzi məqamlar var ki, endiyi dövrə aiddir. İndi həmin qaydalara uymaq absurddu

1451: Və yeyib içdiyimiz şeylər Tanrıya görə deyil, amma Tanrıya ibadət yolunda xərclənilmiş məbləğin hansısa şeyxin rus arvadına xərclənməsi ürəkaçan deyil.

1451: Cipsə verdiyim pulun bir önəmi yoxdu, çünki Tanrı yolunda deyil, amma Tanrı yolunda sərf olunan hər bir şeyin, zamanın belə bir mənası olmalıdı.

shirinlia: 50.000$ ın var və Mercedes alacaqsan. Mən sənə desəm ki: "Alma bunu, ondandırsa bu pulu kasıb - kusuba ver", - sən mənə deyəcəksən ki sənə aidiyyatı var bunun?
Bax bu məsələ də belədi. Allah Quranda dəfələrlə deyir ki həcc vacibdir. Eyni zamanda həcc namaz kimi, oruc kimi İslamın 5 şərtindən biridir. İndi mən Allahın əmrini pozum və məni yaradana asi olum ki, kimsə bu pulla nəsə edəcək?

shirinlia: Sonra da yanım... Ərəb şeyxin rus arvadına görə...

shirinlia: Sən niyə 50.000$ a Mercedes alsan mən sənə deyə bilmirəm ki, bu pulu maşına vermə?

shirinlia: Çünki sən o Mercedesdən mənfəət əldə edirsən. Ondan nəqliyyat vasitəsi kimi istifadə edirsən, onunla camaata hava atırsan. Hansı ki, bu dünyada bir neçə il yaşaya bilərsən.

shirinlia: İndi mən 5.000$ verib həccə gedə bilmərəm sonsuz həyatımda rahat yaşamaq üçün?

shirinlia: Mən sənə deyə bilmərəm ki, o Mercedesi sürmə, ona verdiyin pul mersedesin ceo'sunun cibinə gedir, CEO da o pulu harasa xərcləyir.

shirinlia: Eləcə də kimsə kiməsə deyə bilməz ki, həccə getmə, o pulu şeyxlər xərcləyir.

shirinlia: Və qeyd edim ki, şeyxlər o puldan quruş da qazamırlar heç.

shirinlia: Qazanan ancaq turizm şirkətləri, otellər, mağazalar və bu kimi şeylərdir. Bu da təbiidir.

shirinlia: Həccə gedən, pulunu göyə atmır ki...

1451: Məsələ əlli mini olan fərddən deyil də, çalışıb beş min yığmış birindən gedir.

1451: Sən beş min yığırsan, necə ki digər turistlər yığır.

1451: Sora o biri tərəfdə yanma deyə, burda kiməsə yardım etmirsən və ora gedirsən.

1451: Mercedesin qiyməti odur.

1451: Amma həccin qiyməti o deyil. Normalda eyni məsafəyə səyahət o qədər baha olmur. Həccin bu qədər baha olmasının səbəbi nədi?

1451: Din bizə eqoizmi öyrətmir ki, mən o biri tərəfdə yanmayım deyə əlimdəki pulu hansısa bir şeyə xərcləyim, amma qapı qonşum acından ölsün.

1451: Vicdan məsələsidi

shirinlia: Hər ikisini etməlisən. Zəkat vacibdir, amma həcc də vacibdir. Hər şeyin həddi var. Söhbət zatən imkanlı insandan gedir. Həcc imkanı olana vacibdir. Zəkat da həmçinin. Yəni imkanı olan müsəlman, həm hər il qazancının 2.5% miqdarında kasıblara yardım etməli, həm də ömründə bir dəfə ( bu əhəmiyyətli məqamdır, bəziləri ifrata vararaq, hər il bu işi görürlər.) həccə getməlidir.

shirinlia: Məsələ bilirsən nədir?

shirinlia: Həcc pulu olan və sağlamlığı yerində olan müsəlmanın boynunun borcudur. Və Allah baxmır ki, o pul ərəbin cibinə gedir, yoxsa fransızın, yoxsa Mamedin.

shirinlia: Yenə də deyirəm, eyni zamanda yaxşılıq etmək də vacibdir. Bir tək namaz, oruc kifayət deyil.

shirinlia: Yaxşılıq edən və ibadət edən'lərə vəd olunub Cənnət.

shirinlia: Qonşun acından ölürsə, sən zatən ona zəkat verməlisən.

1451: Bax belə canıma yatmayan rituallara görə İslama yanaşa bilmirəm.

1451: Məsələ namazın çətinliyində deyil. Və ya həccin.

1451: Çatmır da.

1451: Bəzi məsələlər var absurd gəlir.

1451: Bütün duyğuların mənbəyi O'dur.

1451: Əgər mən üsyan edirəmsə, deməli bunu mənə o verib və ona fikrimi deməkdə açıq olmalıyam.

1451: Və dediyin kimi, mənim düşüncələrimin Tanrıya və ya insanlığa bir təsiri yoxdursa, mənim Tanrı haqqında teoriyalarımın bir günahı yoxdur.

1451: Bilmirəm niyə insanlar düşünməkdən qorxub, bilmədən qəbul edirlər?

shirinlia: Nə düşündüyünün önəmi var, amma Allahın sənə ehtiyacı yoxdur.

shirinlia: İstədiyin qədər üsyan etsən də, Ona zərrə qədər təsirin ola bilməz.

shirinlia: Amma sənin seçdiyin yola görə O səninlə müamilə edəcək imtahan bitəndə.

shirinlia: Bəzən çox absurd danışırsan, ciddiyə ala bilmirəm.

1451: Bəlkə absurdluğum səni ciddiyə ala bilmədiyimdəndir?

1451: Məsələ də elə bundadır. Əgər sən həqiqəti bilirsənsə, onda digər fikirlər sənə absurd səslənəcək.

1451: Absurd olan hər kəsin qarşısında sussan, o zaman həqiqət ancaq sənin içində qalar və səninlə birlikdə yox olar.

1451: Lakin səhv etmirəmsə, İslamda bunun tam əksi əmr olunur.

Sən doğru yolu bilirsənsə, onu müdafiə etməlisən.

1451: Peyğəmbərə qarşı çıxanlar da absurd idi.
Onda peyğəmbər susub oturaydı ki, ona qarşı çıxanlar absurddur? Elə olduqda İslam yayılardı səncə? Nə deyirəm, deyirsən ki, burda sənin bir rolun yoxdur, bunu bilə bilmərik, bunu ancaq Allah bilə bilər.Səncə peyğəmbər ona ünvanlanmış suallara "Allah bilər"desəydi, ona o cəmiyyətdə kimsə inanardı?!

1451:Məni ibadətə cəlb et desəm,nə edərsən? Səndən ibadətin mənasını soruşsam, deyərsən ki Allah bilir? Nədir ibadət, de mənə?

shirinlia: İbadət Allaha bağlanmaqdır.

shirinlia: Hər işində ona bağlı olduğunu hiss etmək...

shirinlia: Onun yaratdığı aciz bir varlıq olduğunu başa düşərək, yalnız ona qul olma prinsipi ilə yaşamaq...

shirinlia: Sənin İslami ritual dediyin şeylərə gəlincəysə, onların da hər birinin öz mənası var.

shirinlia: Namaz insanı günahlardan çəkindirir, ən azından namaz qılmaq bilinci ilə namaz qılanları...
Çünki namaz qıldığının zaman, səni yaradanla danışmış olursan və bu bilinclə namaz qılıb, sonra günah iş görmürsən.

shirinlia: Oruc Qur'anda da deyildiyi kimi, insanı qorumaq üçündür.
Və yeganə ibadətdir ki, Allaha aiddir. Yerdə qalan ibadətlər isə insanın özünə aiddir.
Allahın ibadətimizə ehtiyacı yoxdur, amma bizi yaradıb və bizim ona ibadət etməmizi istəyir. Bu incə bir çizgidir, üstündə fikirləşmək lazımdır biraz.

shirinlia: Zəkat isə kasıbın varlı üzərində olan haqqıdır, cəmiyyətin birlikdə daha yaxşı inkişaf etməsi üçündür.

1451: Bəs insan nə deməkdir, bilirsən?

shirinlia: Nə?

1451: Unudan.

1451: Və ibadət xatırlatmadı.

shirinlia: İnsan bilincsiz olduğu üçün ola bilər bu?

shirinlia: Unutqanlıq...

1451: Unudursansa, deməli nə vaxtsa bilmisən.

1451: Və bilincin olub.

1451: İnsan bilincsiz deyil.

1451: Bilinci özü bir kənara qoyur.

shirinlia: Bunu deyirəm mən də.

1451: Lakin bu o demək deyil ki, bilinci kənara qoymayan hər kəs eyni nəticəyə gəlir.Sənin bilincin səni İslama mənim bilincim isə məni tamam başqa fəlsəfəyə.

1451: Bu normaldır və mütləq fərqlilikdir.

shirinlia: Məncə sən otur bir iki saat

Və bir yazı yaz babat...

1451: Məncə sən mənlə söhbəti davam elə.

1451: Mən bitdi deməmiş, ağlımdan nə keçdiyini anlaya bilməzsən.

shirinlia: Bitir artık şu işi

Karşımda beyaz sayfa, bir de renksiz el işi...



Yorum Gönderme

0 Yorumlar