Bu ay evdə oxuya biləcəyiniz beş kitab

Kitab oxuyaraq zamanınızı faydalı şeylərə sərf edəsiniz deyə, sizin üçün seçdiyim kitabları təqdim edirəm:

1. Hərb və Sülh
"Hərb və Sülh" rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş romandır. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. Tarixi, məhəbbət, müharibə və fəlsəfə kimi mövzuları əhatə edən roman dünya ədəbiyyatının ən uzun on yeddinci əsəri olma özəlliyinə sahibdir. Əsərdə insanların keyfiyyətləri və onların xarakterləri açıq şəkildə ortaya qoyulub. Əsər mükəmməl təsvirlərlə zəngindir.
Əsərdəki əsas mövzu Napaleonun Rusiyaya qarşı açdığı savaşdır. Eyni zamanda beş fərqli zadəgan ailənin həyat tərzini müfəssəl surətdə təsvir edən romanda, dövrün tarixi şəxsiyyətlərinin həyatlarından da bəhs olunur.
Şiddətlə oxumanızı tövsiyə edirəm.
1. Cild
2. Cild
3. Cild
4. Cild

2. Dirilmə
"Dirilmə" Lev Tolstoyun ilk dəfə 1899 - cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığnda nəşr edilmiş sonuncu böyük əsəridir.
Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır.[1]

Buradan yükləyə bilərsiniz...

3. İblis
Hüseyn Cavidin ən məşhur əsərlərindən biridir. Haqqında geniş şəkildə yazdığım yazımı buradan oxuya bilərsiniz.

İblis əsərini yükləmək üçün:
"İblis"


H. Cavid seçilmiş əsərlərini yükləmək üçün:
2. Cild
4. Cild
5. Cild

4.Nəcəfəy Vəzirov
Seçilmiş əsərləri

5. Nəriman Nərimanov
Seçilmiş əsərləri

shirinlia

Yorum Gönderme

0 Yorumlar