Təhsil Sistemi | Sad Story #4

Təhsil Sistemi



Hər şey o qədər qarışıqdır ki, haradan başlayım, bilmirəm. Müəllim mi,şagird mi,sistem mi,sistemi quran mı,idarə edən mi?! Təhsil mafiyasının var olduğunu deyirdi bir qoca kişi. Bizdə sistem mafiadır. Altı yaşın tamam olur,birinci sinifə getməlisən,valideyinlərin sənin ən yaxşı müəllimənin sinifində oxumanı istədiyi üçün direktora rüşvət verib,səni filankəs nənənin (bu ibtidai sinif müəllimləri nədənsə əksər vaxtlar qoca qadınlar olur,hansı ki əksəriyyətinin nə pedaqojikadan xəbəri var,nə də tərbiyədən) sinifinə yazdırır. Sən artıq birinci sinifdə oxuyursan,bütün gələcəyini məhv edəcək bir müəssisənin nə ilk,nə son qurbanısan amma. Hər bayramda müxtəlif səbəblərdən pul yığılır,hər ay yenə eyni müxtəlif səbəblərə görə dilənir müəllimlər,direktor müavinləri və valideyn nümayəndəsi. Verməsən vay halına,sinifdə uşaqların gözü önündə bir ayağı burda,biri o biri dünyada olan qoca qadının sənə demədiyi söz qalmır. Yenə əksər müəllim(ə)lər sənə və sizə heyvan kimi davranır,təhqir edir,amma özləri borcları olan dərsi sizə dogru düzgün keçmir,sizə elm vermirlər. İllər keçir, abituriyent olursan,sizə bir çox lazımlı və lazımsız kitablar aldırırlar,amma yenə bir şey öyrətməyə cəhd etmirlər. Niyə nə isə öyrənsinlər ki?! Aylıq ən azı altmış manat verən uşaqlara hazırlıq keçirlər evlərində. Nə isə öyrənmək istəyirsənsə məcbur hazırlığa yazılırsan. Sonrasında minlərcə oyun,minlərcə [hoqqa]. Beləliklə,on bir illik soyğundan sonra azad olursan məktəbdən. Əksərən bir qoyun olaraq məzun olursan. Universitetə girə bilmirsən,ya əlində təsbeh, dolaşırsan küçələri,ya evdə oturub səni alacaq oğlanın yolunu gözləyirsən. Bura hələlik sənin sonun.
Yaxşı, müəllimləri nədir bu vəhşiliyə vadar edən? Niyə sorurlar uşaqları və valideyinləri,qarşılığında da elm vermirlər? Cavab verim,Pul. Bəli,bir müəllimin ortalama aldığı maaş 450 azn.dır. Bir ibtidai sinif müəllim(ə)sinin aldığı maaş isə 300 azn.dan aşağıdır. Bir insan qarşılığını ala bilmədiyi işi niyə sevə sevə görsün ki?!
Sistem belə qurulub. Müəllim az əmək haqqı alacaq və buna görə həvəslə dərs keçməyəcək. Beləliklə qoyun bir millət yetişəcək. Hansı ki,düşünə bilməyəcək və hər deyilənə itaət edəcək bir millət. Müəllimə rüşvət almağa icazə verilir(daha doğrusu rüşvətə göz yumulur) və beləliklə də seçkilərdə o müəllimlər seçkilərin saxtalaşdırılmasını təmin edir. Sistem qazanır,müəllim qazanır,iqtidar qazanır. Xalq isə çox şeyini itirir: Demokratiyasını,var dövlətini və düşünən beynini. Sonunda təhsil sistemi (mafiyası)xalqımızın gələcəyinə bilavasitə təsir göstərir. Baba demişkən: Təhsil millətin gələcəyidir.

SHIRINLI A.


P.S. Yazdıqlarım bütün müəllimlərə aid deyil,əlbəttə ki çox namuslu müəllimlərimiz var və sağlam gələcəyimizin garantisi onlardır. Təhsil gələcəyimizdir. Gələcəyimizə sahib çıxaq!

P.S.2 Çox şey yaza bilərdim,satılan milyonlarla kitablar,keçilən dərslərin keyfiyyəti,programın zibil kimi olması. Barmaqlarım ağrıdı,yaza bilmirəm daha. Onu da siz yazın :)

Yorum Gönderme

2 Yorumlar

  1. Sene bir sey deyim de abdulrehman.İndiye qeder bir neçe meqaleni oxumusam ve bir cox fikirlerinle de raziyam.Amma niye sen problemi sadece demekle kifayetlenirsen?Mence hell yolu ucun oz fikirlerini yazsan daha celbedici olar.Yeni yazdiqlarin azerbaycanli olan eminem ki bir cox şagirdin,valideynin,müdürün onsuzda bildiyi bir seydir amma hell yolu ucun eyni seyi demek olmaz

    YanıtlayınSil
    Yanıtlar
    1. O zaman RuhSat ın yeni bölümündə necə təhsil verilməli olduğu haqda yazaram. Ayrıca,sənə bir şey deyim,:bir çox insan bu problemlərin var olduğunu bildiyi halda dilə gətirmir,bu özü də problemdi.

      Sil