Fərqli ama sıradan bir ərgənİNciləri

Fərqli ama sıradan bir ərgənİNciləri

"Kim bilir"-lə başlayan cümlələrim var idi.Və bu cümlələrdə suallarım.O suallar ki kiçik olsalar da böyük məsələlərə gətirib çıxarırdı.Həm kim bilir bəlkə də bütün böyük məsələlər kiçik suallardan doğurdu.Elə dünya kimi...
  Yaratsam nə olar ki?Deyə yaradılmış bir dünya və olanlar...Ciddiyəm əgər Tanrı "niyə də olmasın?"deyə başlayıbsa bu işə biz alçaq insanlar daha doğrusu siz alçaq insanlar(mən insan deyiləm)ona niyə də olmasın sualının cavabını çox yaxşı vermisiz.Niyə olmayacağını göstərmisiz.Təbriklər! Tanrının sualına cavab verməyi bacardığınız üçün təbrik edirəm sizi! Və sizə bir hədiyyəm var.Yanan bir kürə.. dünya kimi.Hamınızı içinə sığdıra biləcəyim və hamınızı birdən bitirə biləcəyim bir kürə.Tək dərdim yanıq qoxusudur.Bu çox iyrəncdi.Elə sizin kimi.Əlimdən gələn hər şeyi edirəm sizin axmaq reallığınızdan qaçmaq üçün.Bir bilsəz necə iyrənirəm həqiqətlərinizdən.Bəlkə də qorxaq və iradəsiz olduğumdandır.Kim bilir?
    Hə?Kim bilir bu axmaq kürədə nə işimiz olduğunu?Ya da boş ver...Rədd olsun dünya da yaranma səbəbi də.Üstündəki caynaqlı insancıqlar da.Həm dünya dediyimiz nə idi ki? Altı üstü bir paranoya.Paranoyak birinin paranoyası.Ütopist bir Tanrının distopiyası.Ya da bəlkə heç biri.Bu sadəcə bundan öncəki həyatlarımızda etdiklərimizin bədəli idi.Bəlkə də cənnəti axtardığımız bu məkan cəhənnəmin özü idi?Kim bilir?...

Tahir Əminov

Yorum Gönderme

0 Yorumlar