FeyZyAb TİME #9

FeyZyAb TİME #9
Olaylar

Ölkə deyil də,millət olaraq bizdə mövzu bitməz. Siyasət öz yerində, İqtisadiyyata marağımız $ ın qiyməti qalxdıqca artır. Qalmaqallar,atışmalar sonra bir daha siyasət və özümüzü bir boşluqda tapırıq. Yenə də maraqlıdır başlarının həyatı olmasaydı bizim nəyi müzakirə edəcəyimiz. İnsanoğlu olaraq o qədər biliyə,elmə,ağıla sahib olmuşuq ki kaş ki olmasaydıq demək istəyirəm. Çünki sahib olduqlarımız bizi biz edən amillər deyildir və o qədər güclü sərvətə sahibik ki(sahib olmaq sözünü yenə çox işlətdim deyəsən,bu da mənim az söz bazasına sahib olduğumdan irəli gəlir,gedin çoxlu kitab oxuyun,mənim kimi az oxusanız siz də az söz bazasına sahib olarsınız) bu sərvətin (elmin,biliyin,zəkanın) bizi biz edən amil olmadığı gerçəyini danmağa məcburuq. Bəli,o qədər soyuyub ki həyatlarından bəziləri,həyatlarını yazmaq və yaşamaq yerinə , başqalarının həyatından zövq almağı,başqalarının həyatını yaşamağı və aciz bir insan olmağı seçiblər. Politikacılar,aktyorlar,musiqiçilər, komediya ustaları və başqalarına bağlanaraq öz həyatlarından uzaqlaşmaq və bunun sayəsində xoşbəxt olmaq istəyir bəzi yazmaq qabiliyyətini itirən zavallı insanlar.
Uzun sözün qısası:
Denizin ve güneşin birleştiği yerde,
Umutlar tükendi ve umutlar bitti,
Gündüz bitse de, karanlık gelse de Umrunda değil artık bir yudum insanın...
(Necip Fazıl Kısakürek)

SHIRINLI A.


Yorum Gönderme

0 Yorumlar